22 dekabr 2025. Bazar ertəsi

"Çelsi" onunla bağlı qərarını verdi


  • Transfer
  • 21:18 14.08.2024
  • Oxunma sayı: 163
"Çelsi" onunla bağlı qərarını verdi

"Çelsi" hücumçu Nikolas Ceksonla müqaviləni uzatmaq niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O London klubunun seneqallı forvarda 2033-cü ilin yayına qədər yeni müqavilə təklif etmək istədiyini qeyd edib.

Futbolçunun "mavilər"lə hazırkı müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Belə ki, "Çelsi" seneqallı ilə müqaviləni daha iki mövsüm uzatmaq istəyir.

Nikolas Cekson 2023-cü ilin yayında 37 milyon avroya "Vilyarreal"dan "Çelsi"yə keçib. Ötən mövsüm hücumçu London klubunun heyətində bütün turnirlərdə 44 oyun keçirib, on yeddi qol vurub və altı məhsuldar ötürmə edib.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq