- Transfer
- 23:55 19.12.2024
İtaliyanın "Napoli" klubu bu həftə iki yeni futbolçunun transferini tamamlamağı planlaşdırır.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O "adzurrilər"in "Brayton"un yarımmüdafiəçisi Billi Qilmur və "Benfika"nın cinah oyunçusu David Neresi ilə şəxsi müqavilələrin şərtləri artıq razılaşdırıldığını və hazırda klublar arasında danışıqların davam etdiini qeyd edib.
Bundan əlavə, "Napoli" danışıqların davam etdiyi "Çelsi"nin hücumçusu Romelu Lukakunu da almağa çalışmağa davam edəcək. Belçikalı hücumçu rəhbərliyi altında "İnter"də çıxış etdiyi baş məşqçi Antonio Konte ilə yenidən görüşməyə hazırdır.