22 oktyabr 2024. Çərşənbə axşamı

"Liverpul" gürcü ilə müqavilənin şərtlərini razılaşdırdı


  • Transfer
  • 22:10 14.08.2024
  • Oxunma sayı: 86
"Liverpul" gürcü ilə müqavilənin şərtlərini razılaşdırdı

"Liverpul" "Valensiya"nın qapıçısı Giorgi Mamardaşvili ilə müqavilənin şərtləri ilə bağlı razılığa gəlib.

90deqiqe.Az xəbər verir ki, hələlik hər iki klub transferin detalları ilə bağlı razılığa gəlməyib. Bildirilir ki, Gürcüstan millisinin qapıçısı yaxın bir neçə mövsümü icarə əsasında keçirməli olsa belə, İngiltərəyə keçməyə hazırdır.

Xatırladaq ki, 23 yaşlı Mamardaşvili onu 45 milyon avroya qiymətləndirən Transfermarkt portalına görə ən bahalı qapıçıdır. Ötən mövsüm bütün turnirlərdə 37 oyunda iştirak edib, 13 dəfə qapısını toxunulmaz saxlayıb.







Transfer