5 oktyabr 2024. Şənbə

"Liverpul" yaponiyalı futbolçusunu satır


  • Transfer
  • 23:06 14.08.2024
  • Oxunma sayı: 82
"Liverpul" yaponiyalı futbolçusunu satır

"Liverpul" yaponiyalı yarımmüdafiəçisi Vataru Endonu satmaq niyyətindədir.

90deqiqe.Az-ın “The Sun”a istinadən məlumatına görə, Mersisayd təmsilçisi yaxın vaxtlarda 31 yaşlı futbolçu ilə yollarını ayırmağa hazırdır.

"Liverpul"un baş məşqçisi Arne Slot Endonu yeni mövsüm planlarında görmür.

Yarımmüdafiəçinin xidmətində Şotlandiyanın "Seltik" klubu maraqlıdır.

Yaponların transfer dəyərini mütəxəssislər 13 milyon avro qiymətləndirirlər. Xatırladaq ki, Vataru Endo ötən mövsüm İngiltərə çempionatında "Liverpul"un heyətində 29 oyun keçirib və bu oyunda bir qol vurub, on sarı vərəqə alıb.







Transfer

Bu dörd top-klub onu izləyir
  • Transfer
  • 23:11 03.10.2024
Bu dörd top-klub onu izləyir