- Transfer
- 23:27 04.10.2024
"Real Sosyedad"ın və İspaniya millisinin yarımmüdafiəçisi Mikel Merinosun bu yay "Arsenal"a keçidi baş tutmaya bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Aaron Dominqes "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O London klubunun son anda müqavilənin şərtlərini dəyişdirmək qərarına gəldiyini və bu addımın transferin pozulmasına səbəb ola biləcəyini qeyd edib.
Bundan əvvəl mətbuatda “topçular”ın 28 yaşlı futbolçu üçün bonuslar nəzərə alınmadan basklara təxminən 30 milyon avro ödəyəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
İspan oyunçu "Arsenal"a keçməsə, o zaman "Atletiko Madrid" futbolçunu almağa çalışacaq.
Xatırladaq ki, ötən mövsüm Mikel Merino İspaniya çempionatında "Real Sosyedad"ın heyətində 32 oyun keçirib və bu oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.