22 oktyabr 2024. Çərşənbə axşamı

Rafinya "Barselona"nı bu kluba dəyişir


  • Transfer
  • 23:28 14.08.2024
  • Oxunma sayı: 100
Rafinya "Barselona"nı bu kluba dəyişir

"Barselona"nın vingeri Rafinya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “Todofichajes”ə istinadən məlumatına görə, “Mançester Yunayted” 27 yaşlı yarımmüdafiəçini transfer etməkdə maraqlıdır. Mankunianlar Rafinyanı Antoninin əvəzləyicisi kimi nəzərdən keçirir.

Braziliyalının özünün də karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantları var, lakin “qırmızı şeytanlar” naminə o, Avropada qalmağa hazırdır.

Rafinyanın transfer qiyməti 50 milyon avro qiymətləndirilir. Cinah müdafiəçisinin "blauqrana" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.







Transfer