22 oktyabr 2024. Çərşənbə axşamı

"Atletiko Madrid" Kanteni transfer etmək istəyir


  • Transfer
  • 23:33 14.08.2024
  • Oxunma sayı: 88
"Atletiko Madrid" Kanteni transfer etmək istəyir

"Əl-İttihad" və Fransa millisinin müdafiəçi yarımmüdafiəçisi Nqolo Kante karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.

90deqiqe.Az-ın “Relevo”ya istinadən məlumatına görə, Madrid klubunun nümayəndələri son Avropa çempionatında Fransa millisinin heyətində yaxşı çıxış edən 33 yaşlı futbolçunun transferini bu yay transfer pəncərəsində rəsmiləşdirməyi planlaşdırır.

Kante özü "Atletiko"ya keçməyin əleyhinə deyil.

Qeyd edək ki, “matrasçılar” daha əvvəl “Çelsi”nin ingilis yarımmüdafiəçisi Konor Qallageri almağa çalışıblar. Xatırladaq ki, ötən mövsüm Nqolo Kante “Əl-İttihad”ın heyətində Səudiyyə Ərəbistanı çempionatında 30 oyun keçirib və bu oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer