22 oktyabr 2024. Çərşənbə axşamı

“MY" “Barselona”nın yarımmüdafiəçisi ilə maraqlanır


  • Transfer
  • 23:39 14.08.2024
  • Oxunma sayı: 96
“MY" “Barselona”nın yarımmüdafiəçisi ilə maraqlanır

"Barselona"nın yarımmüdafiəçisi Frenkie de Yonq karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

90deqiqe.Az-ın “Daily Mail”ə istinadən məlumatına görə, Mançester klubu 27 yaşlı futbolçunun transferi ilə bağlı "Barselona" ilə razılığa gəlmək üçün çalışır.

“Qırmızı şeytanlar” niderlandlı futbolçuya görə kataloniyalılara 50 milyon avro təklif etsə də, bu təklif rədd edilib.

Qeyd edək ki, “Yunayted”in baş məşqçisi Erik ten Haq de Yonqu transfer etməkdə israrlıdır. Keçən mövsüm Frenkie de Yong İspaniya çempionatında "mavi qranatlar"ın tərkibində 20 oyun keçirib, iki qol vurub və yeddi sarı vərəqə alıb.







Transfer