22 oktyabr 2024. Çərşənbə axşamı

Sanço "MY"i Fransa nəhənginə dəyişir


  • Transfer
  • 23:57 14.08.2024
  • Oxunma sayı: 89
Sanço "MY"i Fransa nəhənginə dəyişir

"Mançester Yunayted"in  yarımmüdafiəçisi Cedon Sanço karyerasını PSJ-də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabris Havkins "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "qırmızı şeytanlar"ın 24 yaşlı futbolçunu 60 milyon avro qarşılığında Paris klubuna buraxmağa hazır olduğunu qeyd edib.

İngilis futbolçunun özü d\ Fransa çempionlarının düşərgəsinə keçməyə hazırdır.

Keçən mövsüm yarımmüdafiəçi "Yunayted"in baş məşqçisi Erik ten Haq ilə münaqişə yaşamışdı və bu səbəbdən Sanço "Borussiya Dortmund"a icarəyə verilmişdi.

Xatırladaq ki, ötən mövsüm Dortmund klubunun heyətində Cedon Sanço Bundesliqada 14 oyun keçirib, o, iki qol vurub və iki məhsuldar ötürmə edib.







Transfer