22 oktyabr 2024. Çərşənbə axşamı

"Əl-Nəsr"dən İspaniya nəhənginə


  • Transfer
  • 23:57 14.08.2024
  • Oxunma sayı: 110
"Əl-Nəsr"dən İspaniya nəhənginə

"Əl-Nəsr"in müdafiəçisi Aymerik Laporte karyerasını "Real Madrid" də davam etdirə bilər.

90deqiqe.Az-ın “AS” nəşrinə istinadən məlumatına görə, “kral klubu”nun rəhbərliyi 30 yaşlı futbolçunun azad agent kimi transfer etmək istəyir.

Bunun üçün futbolçu özünü buraxmağa o qədər də həvəsli olmayan “Əl-Nəsr” rəhbərliyi ilə razılığa gəlməlidir.

Qeyd edək ki, müdafiəçi "Real Madrid"ə keçmək üçün maaşından da ciddi endirim etməli olacaq. Xatırladaq ki, ötən mövsüm Aymerik Laporte "Əl-Nəsr"in heyətində Səudiyyə Ərəbistanı Liqasında 27 oyun keçirib və bu oyunda 4 qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer