22 oktyabr 2024. Çərşənbə axşamı

"Çelsi" Osimhenlə danışıqları bərpa etdi


  • Transfer
  • 23:59 14.08.2024
  • Oxunma sayı: 84
"Çelsi" Osimhenlə danışıqları bərpa etdi

"Çelsi" klubu "Napoli"nin ulduz hücumçusu Viktor Osimhenlə yenidən gündəminə alıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O London klubunun 25 yaşlı futbolçunun transferi ilə bağlı "Napoli" ilə danışıqları bərpa etdiyini qeyd edib.

Nigeriyalı forvardın özü də karyerasını "zadəganlar"da davam etdirməyə razıdı.

Mütəxəssislər forvardın transfer dəyərini 100 milyon avro qiymətləndirir və onun neapollularla müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Xatırladaq ki, Viktor Osimhen ötən mövsüm İtaliya çempionatında “Napoli”nin heyətində 25 oyun keçirib, bu oyunda 15 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer