- Transfer
- 23:54 22.11.2024
Türkiyənin "Qalatasaray" klubunun yarımmüdafiəçisi Kərəm Aktürkoğlu Moskva "Spartak"ına keçidi rəsmiləşmək üzrədir.
90deqiqe.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 25 yaşlı türk futbolçu tezliklə Moskva təmsilçisi ilə müqavilə imzalayacaq.
“Qırmızı-ağlar” Türkiyə millisinin yarımmüdafiəçisi üçün 12 milyon avro ödəyəcək, Aktürkoğlunun özü isə Rusiya komandasında ildə təxminən üç milyon avro qazanacaq.
Xatırladaq ki, Kerem Aktürkoğlu ötən mövsüm “Qalatasaray”ın heyətində Türkiyə çempionatında 37 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə edib. Deyan Stankoviçin rəhbərliyi altında "Spartak" hazırda RPL turnir cədvəlində beşinci yeri tutur.