3 iyul 2026. Cümə

Premyer Liqadan A Seriyasına doğru


  • Transfer
  • 13:53 15.08.2024
  • Oxunma sayı: 278
Premyer Liqadan A Seriyasına doğru

"Mançester Yunayted"in yarımmüdafiəçisi Skott MakTominay karyerasını İtaliya çempionatında davam etdirə bilər.

90deqiqe.Az-ın “Sky Sports”a istinadən məlumatına görə, "Napoli"nin rəhbərliyi 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Qırmızı şeytanlar” şotlandiyalı yarımmüdafiəçinin satışından ən azı 30 milyon avro qazanacağını gözləyir.

Qeyd edək ki, bundan əvvəl mətbuatda MakTominayın “Fulhem”i transfer etmək istədiyi barədə xəbərlər yayılmışdı, lakin “yay sakinləri” transfer məbləğində mankunianlarla razılaşa bilməyib.

Xatırladaq ki, ötən mövsüm Skott MakTominay “Mançester Yunayted”in heyətində İngiltərə çempionatında 32 oyun keçirib və bu oyunda 7 qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır