22 oktyabr 2024. Çərşənbə axşamı

"Barselona"nın hücumçusu "Sportinq"ə keçə bilər


  • Transfer
  • 14:19 15.08.2024
  • Oxunma sayı: 57
"Barselona"nın hücumçusu "Sportinq"ə keçə bilər

"Barselona"nın gənc hücumçusu Vitor Roke karyerasını "Sportinq"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Matteo Moretto "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Kataloniya klubunun hazırda 19 yaşlı braziliyalı futbolçunun mümkün transferi ilə bağlı Lissabon təmsilçisi ilə danışıqlar apardığını qeyd edib.

"Blaugrana" yenidən maliyyə çətinlikləri ilə üzləşib. Kataloniyalılar bu yaxınlarda Dani Olmonu imzalasalar da, maliyyə feyr-pley qaydalarına görə hələ ki, onu qeydiyyatdan keçirə bilmirlər.

Xatırladaq ki, ötən mövsüm Vitor Roke iki qol vurduğu “mavi qranatlar”ın tərkibində İspaniya çempionatında 14 oyun keçirib.







Transfer