21 dekabr 2025. Bazar günü

"Lion"dan PSJ-yə


  • Transfer
  • 22:56 15.08.2024
  • Oxunma sayı: 159
"Lion"dan PSJ-yə

"Lion"un yarımmüdafiəçisi Rayan Çerki karyerasını PSJ-də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Santi Aun "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Paris klubunun gənc futbolçunun transferi ilə bağlı danışıqları intensivləşdirdiyini qeyd edib.

Parislilərin baş məşqçisi Luis Enrike komanda rəhbərliyinə meydanın mərkəzində kreativ oyunçuya ehtiyacı olduğunu bildirib ki, bu da Çerkidir.

Rayan Çerki ötən mövsüm "Lion"un heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 3 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun "Lion"la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq