22 oktyabr 2024. Çərşənbə axşamı

"Arsenal" Merinos üçün yenidən danışıqlara başlayır


  • Transfer
  • 22:09 16.08.2024
  • Oxunma sayı: 81
"Arsenal" Merinos üçün yenidən danışıqlara başlayır

"Real Sosyedad"ın yarımmüdafiəçisi Mikel Merinos karyerasını "Arsenal"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O tərəflərin 28 yaşlı futbolçunun müqaviləni bağlamaq üçün gələn həftə sonu yeni danışıqlar aparacaqlarını qeyd edib.

Merinos 2018-ci ildən "Real Sosyedad"da çıxış edir. Bu müddət ərzində o, 242 matçda iştirak edib, 27 qol vurub və 30 məhsuldar ötürmə edib. Transfermarkt onlayn portalının məlumatına görə, Merinonun dəyəri 50 milyon avrodur.







Transfer