22 oktyabr 2024. Çərşənbə axşamı

“Fiorentina” “Cenoa”nın forvardını icarəyə götürdü


  • Transfer
  • 22:27 16.08.2024
  • Oxunma sayı: 81
“Fiorentina” “Cenoa”nın forvardını icarəyə götürdü

İslandiya millisinin cinah futbolçusu Albert Qudmundsson İtaliya A Seriyasında komandasını dəyişib.

90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu "Cenoa"dan "Fiorentina"ya keçib. "Bənövşələr"in mətbuat xidmətindən bildirilib ki, yarımmüdafiəçi cari mövsüm üçün nəzərdə tutulan yeni komandasında icarə əsasında çıxış edəcək. Mövsümün sonunda “Fiorentina” yarımmüdafiəçini almaq hüququna sahib olacaq.

Qeyd edək ki, Qudmundsson başa çatmış İtaliya A seriyasında 35 oyunda iştirak edib, 14 qol vurub və  dörd məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer