22 oktyabr 2024. Çərşənbə axşamı

Marko Verratti İngiltərə nəhənglərinin hədəfində


  • Transfer
  • 22:55 16.08.2024
  • Oxunma sayı: 112
Marko Verratti İngiltərə nəhənglərinin hədəfində

Qətərin “Əl Ərəbi” klubunda çıxış edən yarımmüdafiəçi Marko Verratti karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, “Mançester Yunayted” və “Liverpul” 31 yaşlı futbolçunu almaqda maraqlıdır. Artıq tərəflər arasında ilkin danışıqlara da start verilib.

İtalyan futbolçu "Əl Ərəbi" ilə müqaviləsinin bitməsinə 1 il qaldığı üçün bu yay ayrılmağa müsbət yanaşır.

Verratti 2023-cü ilin sentyabrında PSJ-dən Qətər klubuna keçib. Bu müddət ərzində o, bütün klub turnirlərində 22 matçda iştirak edib, 8 məhsuldar ötürmə edib. Ümumilikdə yarımmüdafiəçi meydanda 1845 dəqiqə keçirib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 18 milyon avrodur.







Transfer