- Transfer
- 23:55 19.12.2024
"Atletiko Madrid"in cinah oyunçusu Joao Feliks "Çelsi"yə keçmək üçün maaşını azaltmağa hazırdır.
90deqiqe.Az-ın “The Telegraph”a istinadən məlumatına görə, “Atletiko” və “Çelsi” portuqaliyalı futbolçunun transfer məbləği ilə bağlı razılığa gələ bilmir. London klubunun 24 yaşlı futbolçunu yalnız öz şərtləri ilə əmək müqaviləsi bağlamağa hazır olduğu vurğulanıb.
Klublar həmçinin "Matras Klubu"nun düşərgəsinə "mavilər"in yarımmüdafiəçisi Konor Qallagerin transferini həll etməyə çalışır.
Daha əvvəl Feliksin bu sövdələşməyə daxil ola biləcəyi bildirilmişdi, lakin London klubu hər bir transferi fərdi şəkildə qiymətləndirməyə üstünlük verir.