22 oktyabr 2024. Çərşənbə axşamı

"Nottingem Forest" paraqvaylı hücumçu transfer etdi


  • Transfer
  • 10:01 17.08.2024
  • Oxunma sayı: 85
"Nottingem Forest" paraqvaylı hücumçu transfer etdi

Paraqvaylı hücumçu Talleres Ramon Sosa karyerasını İngiltərənin "Nottingem Forest" klubunda davam etdirəcək.

90deqiqe.Az-ın “meşəçilər”in mətbuat xidmətinə istinadən məlumatına görə, 24 yaşlı futbolçu yeni klubu ilə 2029-cu ilin iyun ayına kimi uzunmüddətli müqavilə imzalayıb. Paraqvaylı futbolçunun transferi 12 milyon avroya başa gəliv.

Qeyd edək ki, bundan əvvəl mətbuatda "Spartak Moskva"nın forvardı almaq istədiyi barədə şayiələr yayılmışdı, lakin futbolçunun özü Rusiyaya keçməkdən imtina etmişdi.

Xatırladaq ki, Ramon Sosa Argentinanın "Talleres" klubunun heyətində 56 oyun keçirib, 17 qol vurub, 13 məhsuldar ötürmə edib.







Transfer