9 iyul 2026. Cümə axşamı

Mukoko La Liqa yolunda


  • Transfer
  • 11:44 17.08.2024
  • Oxunma sayı: 218
Mukoko La Liqa yolunda

Dortmund "Borussiya"sının hücumçusu Yussufa Mukoko karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti "X" sosial şəbəkəsində (keçmiş Twitter)  məlumat verib.

O "Betis" gənc forvardla müqavilə bağlamaqda maraqlıdır və artıq tərəflər arasında danışıqlara başladığını qeyd edib.

Ötən mövsüm Youssouf Moukoko Dortmund Borussiyasının heyətində bütün turnirlərdə 27 oyuna çıxıb və 6 qol vurub. Hücumçunun bambıl arıları ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir və oyunçunun transfer dəyəri 22 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər