- Transfer
- 18:38 24.11.2024
Mançester Yunayted heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.
Corner.az "Sky Sports"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Lester Siti"nin futbolçusu Harri Maquayrın transferi ilə bağlı razılığa gəlib. Razılığa əsasən, Mançester təmsilçisi 80 milyon funt sterlinq (təqribən 87.3 milyon avro) təzminat ödəyəcək.
Bu transfer gerçəkləşəcəyi təqdirdə, 26 yaşlı müdafiəçi futbol tarixinin ən bahalı müdafiəçisi olacaq. Hazırkı rekord 2018-ci ildə 75 milyon funt sterlinqə (təqribən 81.9 milyon avro) "Sauthempton"dan "Liverpul"a transfer olunan Vircil van Deykə məxsusdur.
Qeyd edək ki, Harri 2017-ci ildən "Lester"də çıxış edir.