- Transfer
- 23:27 04.10.2024
"Tottenhem"in yarımmüdafiəçisi Oliver Skipp karyerasını "Lester"də davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 23 yaşlı futbolçunun İngiltərə Premyer Liqasına qayıdan "tülkülər" üçün tezliklə tibbi müayinədən keçəcəyini və Skipp üçün təxminən 20 milyon funt sterlinq ödəyəcəyini qeyd edib.
Oliver Skipp "Tottenhem"in yetirməsidir. Ötən mövsüm yarımmüdafiəçi London klubunun heyətində bütün yarışlarda 24 oyun keçirib, heç bir qol vurmayıb. Onun "londonlular"la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.