22 oktyabr 2024. Çərşənbə axşamı

100 milyon avroya satmaqdan imtina etdi - "Real"


  • Transfer
  • 18:33 18.08.2024
  • Oxunma sayı: 78
100 milyon avroya satmaqdan imtina etdi   - "Real"

"Real Madrid"in müdafiəçisi Eder Militao karyerasını Səudiyyə Ərəbistanının çempionatında davam etdirməyəcək.

90deqiqe.Az-ın “Goal”a istinadən məlumatına görə, Səudiyyə komandalarından biri 26 yaşlı futbolçu üçün təxminən 100 milyon avro ödəməyə hazır olsa da, Madrid klubu müdafiəçini satmaqdan imtina edib.

Qeyd edək ki, Militao 2019-cu ildən "Los Blancos"da çıxış edir. Braziliyalı futbolçunun "Real"la hazırkı müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir və onun transfer dəyəri ekspertlər tərəfindən 60 milyon avro olaraq qiymətləndirilib.

Xatırladaq ki, Eder Militao zədə səbəbindən ötən mövsüm "kral klubu"nun tərkibində İspaniya çempionatında cəmi 10 oyun keçirib.







Transfer