22 oktyabr 2024. Çərşənbə axşamı

"Barselona" "Mançester Siti"nin müdafiəçisi üçün 20 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 19:32 18.08.2024
  • Oxunma sayı: 90
"Barselona" "Mançester Siti"nin müdafiəçisi üçün 20 milyon avro ödəməyə hazırdır

"Barselona" klubu müdafiəçi Joao Kanselonun transferi ilə bağlı "Mançester Siti" ilə razılığa gəlmək üzrədir.

90deqiqe.Az-ın “Manchester Evening News”a istinadən məlumatına görə,  Kataloniya klubu 30 yaşlı futbolçu üçün 20 milyon avro ödəməyə hazırdır. "Şəhərlilər" portuqaliyalı futbolçu üçün ən azı 25 milyon avro almaq istəyir, buna görə də komandalar arasında danışıqlar hələ də davam edir.

Futbolçunun özü də ötən mövsüm icarə əsasında çıxış etdiyi "Barselona"ya qayıtmaq istəyir

. Xatırladaq ki, João Cancelo ötən mövsüm İspaniya çempionatında “mavi qranatlar”ın tərkibində 32 oyun keçirib və iki qol vurub və dörd məhsuldar ötürmə edib.







Transfer