3 iyul 2026. Cümə

Gündoğan "Mançester Siti"yə qayıdır?


  • Transfer
  • 10:58 20.08.2024
  • Oxunma sayı: 142
Gündoğan  "Mançester Siti"yə qayıdır?

İspaniyalı "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola alman yarımmüdafiəçi İlkay Gündoğanı yenidən komandada görmək istəyir.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, 33 yaşlı futbolçu yaxın vaxtlarda "Siti"yə qayıda bilər.

Gündoğan 2023-cü ilin yayından formasını geyindiyi "Barselona"dan pulsuz ayrıla bilər. Mançester klubunun baş məşqçisi yarımmüdafiəçinin qayıtmasında şəxsən maraqlıdır. 

Xatırladaq ki, İlkay Gündoğan ötən mövsüm “mavi qranatlar”ın heyətində İspaniya çempionatında 35 oyuna çıxıb, 5 qol vurub, 8 məhsuldar ötürmə edib.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır