12 sentyabr 2024. Cümə axşamı

"Monako" PSV-nin müdafiəçi ilə gücləndi


  • Transfer
  • 17:28 20.08.2024
  • Oxunma sayı: 50
"Monako" PSV-nin müdafiəçi ilə gücləndi

Müdafiəçi Cordan Tese PSV-dən "Monako"ya keçib.

90deqiqe.Az Fransa klubunun mətbuat xidmətinə istinadən məlumat verir ki, 24 yaşlı futbolçu ilə müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub.

Niderlandlı futbolçunun transferin bonuslarla birlikdə 12 milyon avroya başa gəldiyi bildirilir.

Tese PSV-nin yetirməsidir. Klubla birlikdə o, ötən mövsüm Hollandiya çempionu olmaqla, altı yerli kubok qazandı. Ümumilikdə, ötən mövsüm müdafiəçi Eyndhoven klubunda 45 oyun keçirib, 3 qol vurub və 12 məhsuldar ötürmə edib.

“Monako” yeni mövsümə evdə “Sent-Etyen” üzərində qələbə (1:0) ilə başlayıb. Liqa 1-in növbəti turunda moneqasklılar avqustun 24-də səfərdə “Lion”la qarşılaşacaq.

 







Transfer

"Real"a iki şad xəbər
  • Transfer
  • 23:30 10.09.2024
"Real"a iki şad xəbər