26 dekabr 2025. Cümə

Mane Benzema ilə komanda yoldaşı olur


  • Transfer
  • 17:58 20.08.2024
  • Oxunma sayı: 172
Mane Benzema ilə komanda yoldaşı olur

Hücumçu Sadio Mane "Əl-Nəsr"i tərk edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O seneqallı forvardın “Əl-İttihad”a keçməyə yaxın olduğunu və hazırda tərəflər sövdələşmənin formatını - icarə və ya tam hüquqlu transferi müzakirə etdiyini qeyd edib.

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema da komanda rəhbərliyinə Mane ilə oynamaq istədiyini bildirib. Fransız futbolçu hesab edir ki, Sadionun transferi "Əl-İttihad"ın Səudiyyə Ərəbistanında çempionluq uğrunda mübarizəsinə kömək edəcək.

Qeyd olunur ki, Sadio Mane 2023-cü ilin yayında otuz milyon avroya "Bavariya"dan "Əl-Nəsr"ə keçib.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a