14 dekabr 2025. Bazar günü

Kyeza "Barselona" yolunda


  • Transfer
  • 18:31 20.08.2024
  • Oxunma sayı: 164
Kyeza "Barselona" yolunda

"Yuventus"un və İtaliya millisinin hücumçusu Federiko Kyeza "Barselona"ya keçməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Canluka Di Marzio "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 26 yaşlı futbolçunun agenti Kyezanın transferində maraqlı olan Kataloniya komandası ilə artıq danışıqlara başladığını qeyd edib.

Qeyd edək ki, Turin klubunun çalışdırıcısı Tiaqo Motta artıq forvardın planlarında olmadığını bildirib. Bundan əvvəl mətbuatda Kyezanın karyerasını İngiltərənin ən yaxşı klublarından birində davam etdirə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, ötən mövsüm Federiko Kyeza “qoca sinyora”nın heyətində İtaliya çempionatında 33 oyun keçirib, bu oyunda 9 qol vurub və iki məhsuldar ötürmə edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı