12 sentyabr 2024. Cümə axşamı

"Bavariya" Deyvisin 2025-ci ildə "Real"a keçməsinə razılıq verdi


  • Transfer
  • 18:44 20.08.2024
  • Oxunma sayı: 87
"Bavariya" Deyvisin 2025-ci ildə "Real"a keçməsinə razılıq verdi

"Bavariya" müdafiəçisi Alfonso Deyvisin bu mövsüm başa çatdıqdan sonra azad agent kimi "Real Madrid"ə keçməsinə razılıq verib.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Mateo Moretto "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 23 yaşlı futbolçunun hələ də Kral Klubuna keçmək niyyətində olduğunu və  2025-ci ilin yayında Madrid komandası ilə müqavilə bağlaya biləcəyini qeyd edib.

Qeyd edək ki, "Bavariya" bu yay transfer pəncərəsində Deyvisin satışından ən azı 50 milyon avro qazanmaq istəyirdi.

Xatırladaq ki, ötən mövsüm Alfonso Deyvis “Bavariya”nın heyətində Almaniya çempionatında 29 oyun keçirib, bu oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer

"Real"a iki şad xəbər
  • Transfer
  • 23:30 10.09.2024
"Real"a iki şad xəbər