22 oktyabr 2024. Çərşənbə axşamı

"Çelsi" müdafiəçisini göndərdi


  • Transfer
  • 21:22 21.08.2024
  • Oxunma sayı: 75
"Çelsi" müdafiəçisini göndərdi

“Bernli” klubu “Çelsi”dən müdafiəçi Bəşir Hamfrisi heyətinə qatıb.

90deqiqe.Az xəbər verir ki, futbolçu mövsümün sonuna qədər icarə əsasında sözügedən klubun uğurları üçün çalışacaq.

Humphreys ötən mövsüm Çempionşip təmsilçisi Suonsidə çıxış edib. Klub 2023/2024 mövsümünün sonunda 57 xal toplayaraq 14-cü yeri tutub. Öz növbəsində, “Bernli” ötən mövsümün sonunda Çempionşipa aşağı liqaya düşmüşdü.

Futbolçunun 27 matçda 1 qol vurduğu var. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 4,8 milyon avrodur.

"Çelsi" bu yay 11 yeni oyunçuya 185 milyon funt-sterlinq xərcləyib, heyətini 43 oyunçuya çatdırıb. Yeni mövsümün ilk tur matçında "Çelsi" səfərdə "Mançester Siti"yə 0:2 hesabı ilə uduzub.







Transfer