- Transfer
- 23:27 04.10.2024
"Çelsi" klubunun müdafiəçisi Aksel Disasi "Nyukasl"a keçə bilər.
90deqiqe.Az-ın “The Guardian"a istinadən məlumatına görə, 26 yaşlı futbolçu “təqaüdçülər”in yeni baş məşqçisi Enzo Mareskinin planlarına daxil deyil.
"Nyukasl" klubu fransalı futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, fransız "Çelsi"yə 2023-cü ildə "Monako"dan 45 milyon avroya keçib. Bundan əvvəl Disasi "Reyms" və "Paris"də oynamağı bacarıb. Xatırladaq ki, Aksel Disasi ötən mövsüm “pensiyaçılar”ın heyətində İngiltərə çempionatında 31 oyun keçirib. Müdafiəçi iki qol vurub və altı sarı vərəqə alıb.