22 oktyabr 2024. Çərşənbə axşamı

"Barselona" İspaniya olimpiya komandasının müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 13:24 22.08.2024
  • Oxunma sayı: 80
"Barselona" İspaniya olimpiya komandasının müdafiəçisini transfer etmək istəyir

"Barselona"  "Almeriya" və İspaniya olimpiya komandasının müdafiəçisi Mark Pubili transfer etmək istəyir.

90deqiqe.Az-ın “Goal.com"a istinadən məlumatına görə, Kataloniya klubu müdafiəni bu yay İspaniya millisi ilə Paris Olimpiadasında qızıl medallar qazanan 21 yaşlı ispan futbolçunu almağı planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl mətbuatda Pubilin 20 milyon avroya İtaliyanın “Atalanta”sına keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, ötən mövsüm Mark Pubil “mavi qranatlar”ın heyətində İspaniya çempionatında 23 oyun keçirib, bir qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer