- Transfer
- 15:08 11.10.2024
"Barselona"nın almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğan "Mançester Siti"yə keçidini tamamlamaq üçün artıq Mançesterə gəlib.
90deqiqe.Az-ın “ Daily Mail"ə istinadən məlumatına görə, 33 yaşlı futbolçu Mançesterə uçub və orada "Siti"nin baş məşqçisi Pep Qvardiola və "Siti"nin baş direktoru Ferran Soriano ilə görüşüb.
Görüş Qvardiolanın şəxsi restoranında baş tutub.
Qeyd edək ki, Gündoğanın Mançester klubu ilə 1 illik müqavilə imzalayacağı ilə bağlı mətbuatda xəbərlər yayılmışdı. Yarımmüdafiəçi azad agent kimi "Siti"yə keçəcək.
Xatırladaq ki, İlkay Gündoğan ötən mövsüm "Barselona"da çıxış edib. "Mavi qranatlar"ın bir hissəsi olaraq alman İspaniya liqasında 35 oyun keçirib, o, beş qol vurub və 8 məhsuldar ötürmə edib.