29 mart 2026. Bazar günü

Gürcü qapıçı "Valensiya"nı “Liverpul”a dəyişəcək


  • Transfer
  • 21:27 22.08.2024
  • Oxunma sayı: 150
Gürcü qapıçı "Valensiya"nı “Liverpul”a dəyişəcək

Gürcüstanlı qapıçı Giorgi Mamardaşvili İspaniyanın "Valensiya" klubundan "Liverpul"a keçməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O İngiltərə klubunun qapıçının transferi üçün 35 milyon avro qarşılığında La Liqa klubu ilə razılaşdığını və qolkiperin ən azı növbəti mövsümü icarə əsasında "yarasalar"da keçirəcəyini qeyd edib.

İspaniya çempionatının 2023/2024 mövsümündə Georgiy “yarasalar”ın heyətində 37 matçda iştirak edib. Qapıçı 41 qol buraxıb. Əlavə edək ki, Mamardaşvili Avro-2024-də Gürcüstan millisinin heyətində 4 oyun keçirib.







Transfer