22 oktyabr 2024. Çərşənbə axşamı

Futbol tarixinin ən uğursuz transferləri - SİYAHI


  • Transfer
  • 21:57 22.08.2024
  • Oxunma sayı: 96
Futbol tarixinin ən uğursuz transferləri  - SİYAHI

"Goal.com" saytı tarixin ən pis transferlərinin reytinqini tərtib edib.

90deqiqe.Az xəbər verir ki, siyahıda birinci yeri 2017-ci ildə Dortmund "Borussiya"sından "Barselona"ya keçən fransalı vinger Ousman Dembele tutub.

İkinci yerdə 5 il əvvəl "Çelsi"ni "Real Madrid"ə dəyişən yarımmüdafiəçi Eden Hazardın transferi qərarlaşıb. Üçüncüsü isə braziliyalı yarımmüdafiəçi Filip Koutinyonun “Liverpul”dan “Barselona”ya transferi olub. Sadalanan transferlərin hər biri alıcılara 120 milyon avrodan çox başa gəlib.

İlk 5-liyə  “Yuventus”dan Pol Poqbanın “Mançester Yunayted”ə transferi və “İnter”dən Romelu Lukakunun “Çelsi”yə keçidi də daxil olub.







Transfer