22 oktyabr 2024. Çərşənbə axşamı

"Arsenal" Merinosun transferi üçün "Real Sosyedad"la razılığa gəldi


  • Transfer
  • 22:03 22.08.2024
  • Oxunma sayı: 88
"Arsenal" Merinosun transferi üçün "Real Sosyedad"la razılığa gəldi

"Real Sosyedad"ın yarımmüdafiəçisi Mikel Merinos "Arsenal"a keçməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O tərəflərin ispan yarımmüdafiəçinin transferi ilə bağlı tam razılığa gəldiyini və "topçular"ın yarımmüdafiəçi üçün təxminən bonuslarla birlikdə 37 milyon avro ödəyəcəyini, Merinosla isə 2028-ci ilin yayına qədər qüvvədə olacaq əmək müqaviləsini imzalayacağını qeyd edib.

Xatırladaq ki, ötən mövsüm Mikel Merino İspaniya çempionatında "Real Sosyedad"ın heyətində 32 oyun keçirib və bu oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer