22 oktyabr 2024. Çərşənbə axşamı

Dibala qərarını verdi


  • Transfer
  • 23:11 22.08.2024
  • Oxunma sayı: 85
Dibala qərarını verdi

"Roma"nın hücumçusu Paulo Dibala İtaliyada qalacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 30 yaşlı hücumçunun Səudiyyə Ərəbistanından "Əl-Qadisiyah"ın təklifini rədd etdiyini və "Roma"da qalmağa qərar verdiyini qeyd edib.

Bundan əvvəl argentinalı futbolçunun artıq Səudiyyə Ərəbistanı təmsilçisi ilə əmək müqaviləsi bağlaması barədə məlumat yayılmışdı.

Paulo Dybala Roma klubunun tərkibində ötən mövsüm İtaliya çempionatında 28 oyun keçirib, 13 qol vurub və 9 məhsuldar ötürmə edib.







Transfer