22 oktyabr 2024. Çərşənbə axşamı

“Nottingem Forest” "Arsenal"ın hücumçusu ilə şəxsi müqaviləsini razılaşdırdı


  • Transfer
  • 23:28 22.08.2024
  • Oxunma sayı: 83
“Nottingem Forest” "Arsenal"ın hücumçusu ilə şəxsi müqaviləsini razılaşdırdı

"Arsenal"ın hücumçusu Eddi Nketiah "Nottingem Forest"də çıxış edəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "Nottingem Forest"in 25 yaşlı forvard ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığını qeyd edib.

Daha əvvəl londonluların hücumçunu satmaqdan imtina etdiyi və “Nottingem Forest”in təklifini rədd etdiyi barədə məlumat yayılmışdı.

Qeyd olunur ki, Eddi Nketiah keçən mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun London klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.







Transfer