- Transfer
- 13:54 26.11.2024
"Marsel"in hücumçusu Luis Enrike komandada çıxışını davam etdirəcək.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun yenilənmiş müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Tərəflər arasında sövdələşmənin digər təfərrüatları açıqlanmayıb.
Luis Enrike 2020-ci ildə "Botafoqo"dan "Marsel"ə keçib. Liqa 1-in son mövsümündə braziliyalı 15 oyuna çıxıb, bir qol vurub. Bu mövsüm də o, bir oyun keçirib və iki qol vurub.