- Transfer
- 13:54 26.11.2024
Türkiyənin "Qalatasaray" klubunun yarımmüdafiəçisi Kərəm Aktürkoğlunun gələcəyi hələ də bəlli deyil.
90deqiqe.Az-ın “Fanatik”ə istinadən məlumatına görə, 25 yaşlı futbolçu Moskvanın "Spartak"ına keçməkdən imtina edib, lakin transfer pəncərəsi bağlanana qədər yarımmüdafiəçi Avropadan ciddi təklif almazsa,yenə də "Spartak"a transfer oluna bilər.
Qeyd edək ki, “qırmızı-ağlar” Aktürkoğluya illik iki milyon yarım avro maaş təklif edib. Mütəxəssislər futbolçunun transfer dəyərini 15 milyon avro qiymətləndirirlər. Xatırladaq ki, Kerem Aktürkoğlu bu mövsüm "Qalatasaray"ın heyətində Türkiyə çempionatında 2 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.