- Transfer
- 13:54 26.11.2024
Bir müddət əvvəl "San Paulo" ilə müqaviləsinə xitam verən məşhur kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqes karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, 33 yaşlı futbolçu “Rayo Valyekano” klubu ilə müqavilə imzalamaq üçün Madridə gəlib.
Xames İspaniya çempionatına qayıtmaq variantını həvəslə nəzərdən keçirir.
Qeyd edək ki, kolumbiyalı “Monako”, “Porto”, “Bavariya”, “Olimpiakos”, “Everton” və digər komandalarda çıxış edib. Xatırladaq ki, “Rayo Valyekano” baş məşqçi İniqo Peresin rəhbərliyi altında La Liqanın yeni mövsümünün ilk turunda səfərdə “Real Sosyedad”ı 2:1 hesabı ilə məğlub etməyi bacarıb.