- Transfer
- 13:54 26.11.2024
"Portu" klubu yarımmüdafiəçi Fabio Vieyranın icarəsi ilə bağlı "Arsenal" klubu ilə anlaşıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder David Ornşteyn "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 24 yaşlı futbolçunun bu mövsümü icarə əsasında “Portu”da keçirəcəyini və müqavilənin yaxın vaxtlarda rəsmi olaraq elan ediləcəyini qeyd edib.
Qeyd edək ki, portuqaliyalı oyunçu “Arsenal”a keçməmişdən əvvəl də “əjdahalar”da oynayıb. London klubu 2022-ci ildə futbolçu üçün təxminən 40 milyon avro ödəyib. Xatırladaq ki, Fabio Vieyra ötən mövsüm "Arsenal"ın heyətində İngiltərə çempionatında 11 oyun keçirib, 1 qol vurub və iki məhsuldar ötürmə edib.