- Transfer
- 23:27 04.10.2024
"Yuventus"un hücumçusu Federiko Kyeza "Barselona"ya keçməyə yaxındır.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 26 yaşlı futbolçunun tezliklə Kataloniya klubu ilə 2027-ci ilin iyununa müqavilə imzalayacağını və italiyalı forvardın yeni komandasında ildə 4 milyon avro qazanacağını, əlavə olaraq iki milyon avro bonus ödənişi də alacağını qeyd edib.
Xatırladaq ki, “Yuventus”un yeni baş məşqçisi Tiaqo Motta yeni mövsümdə Kyezanı düşünmür.Ötən mövsüm A Seriyasında Federiko Kyeza 33 matçda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.