- Transfer
- 18:38 24.11.2024
Lester Siti'nin baş məşqçisi Brendan Rodcers müdafiəçi Harri Maquayrın “Mançester Yunayted”ə transferi ilə bağlı razılaşdığını təsdiq edib.
Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu transfer üçün “qırmızı şeytanlar” 80 milyon avro təzminat ödəyəcək.
“Bildiyimə görə, klublar maddi tərəfi razılaşdırıb. İndi Maquayr özü “Mançester Yunayted”lə şəxsi şərtləri danışmalıdır. Bu, onun həll edəcəyi məsələdir. Hesab edirəm ki, istirahət günlərindən sonra çox şeyə aydınlıq gələcək” – deyə o bildirib.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2017-ci ildən "Lester"də çıxış edir.