- Transfer
- 23:27 04.10.2024
"Yuventus"un portuqaliyalı gənc yarımmüdafiəçi Fransisko Konseysaonun icarəsi ilə bağlı "Portu" ilə anlaşıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 21 yaşlı futbolçunun mövsümün sonuna qədər icarə əsasında Turin komandasına keçəcəyini və "qoca sinyora"nın portuqaliyalı yarımmüdafiəçinin icarəsi üçün bonuslar nəzərə alınmaqla təxminən yeddi milyon avro ödəyəcəyini qeyd edib.
Qeyd edək ki, "Yuventus"un gələn yay oyunçunu almaq imkanı olmayacaq.
Xatırladaq ki, Fransisko Konseysao ötən mövsüm Portuqaliya çempionatında “Portu”nun heyətində 27 oyun keçirib və bu oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.