- Transfer
- 18:38 24.11.2024
"Çelsi"nin yarımmüdafiəçisi Faustino Anjorin artıq İtaliyada oynayacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O ingilis yarımmüdafiəçinin "Empoli"yə keçdiyini və "londonlular"ın 22 yaşlı futbolçunu pulsuz buraxacaqlarını, lakin gələcək satışların 50%-nə sahib olacağını qeyd edib.
Xatırladaq ki, Anjorin əvvəllər “Lokomotiv”də çıxış edib. Faustino "dəmiryolçular" üçün RPL-də yeddi oyun keçirib.