22 oktyabr 2024. Çərşənbə axşamı

"Barselona" müdafiəçini satıb


  • Transfer
  • 15:47 25.08.2024
  • Oxunma sayı: 38
"Barselona" müdafiəçini satıb

"Barselona" müdafiəçisi Mikayıl Fayeni komandadan ayrıldığını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, seneqallı futbolçu karyerasını Fransanın “Renn” klubunda davam etdirəcək.

Fayenin transferi Fransa klubuna 10,3 milyon avroya başa gəlib və eyni zamanda Kataloniya təmsilçisi futbolçunun növbəti transferinin 30 faizini alacaq. Bundan əlavə, "Barselona" müdafiəçini 25 milyona geri almaq hüququnu özündə saxlayacaq.

Ötən mövsüm 20 yaşlı futbolçu Kataloniya klubunun ikinci komandasında çıxış edib. Faye doqquz matçda iştirak edib və iki sarı vərəqə alıb. Mikayılın yeni klubu bu gün, avqustun 25-də Liqa 1-də "Strasburq"la səfər matçına çıxacaq.







Transfer