22 oktyabr 2024. Çərşənbə axşamı

Xviça "Napoli"ni bu kluba dəyişə bilər


  • Transfer
  • 15:57 25.08.2024
  • Oxunma sayı: 42
Xviça "Napoli"ni bu kluba dəyişə bilər

"Napoli"nin vingeri Xviça Kvaratsxeliya karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın “Todofichajes”ə istinadən məlumatına görə, "Liverpul" 23 yaşlı yarımmüdafiəçisi ilə maraqlanır.

Mersisaydlılar Premyer Liqa çempionluğu uğrunda mübarizədə "Mançester Siti" və "Arsenal"la rəqabət aparmaq üçün gürcü futbolçunu almaq variantını nəzərdən keçirir.

"Napoli" ulduzu ilə yalnız ona yaxşı pul təklifi gələcəyi təqdirdə ayrılmağa hazır olacaq.

Transfermarkt Xviçanın dəyərini 80 milyon avro qiymətləndirir. Kvaratsxeliya 2022-ci ildən neapolluların heyətində çıxış edir. Tərəflər arasında əmək müqaviləsi 2027-ci ilin yayında başa çatır.







Transfer