26 dekabr 2025. Cümə

Vinisius gələn il Səudiyyə Ərəbistanında çıxış edə bilər


  • Transfer
  • 16:59 25.08.2024
  • Oxunma sayı: 104
Vinisius gələn il Səudiyyə Ərəbistanında çıxış edə bilər

"Real Madrid"in cinah oyunçusu Vinisius Junior gələn il Səudiyyə Ərəbistanında çıxış edə bilər.

90deqiqe.Az-ın “ESPN'”ə istinadən məlumatına görə, braziliyalı futbolçunun nümayəndələri paytaxt klubunun rəhbərliyinə bildiriblər ki, onların müştərisi hazırda 2027-ci ilin yayına qədər davam edəcək müqavilənin uzadılmasını müzakirə etməyə hazır deyil və mümkün dəyişiklik barədə düşünür.

Daha əvvəl mətbuatda "Əl-Əhli"nin futbolçuya müxtəlif bonuslar müqabilində bir milyon avro qazana biləcəyi 5 illik müqavilə təklif etməyə hazır olduğu bildirilir.

Ciddə komandası da Vinisiusun 2034-cü il Dünya Kuboku öncəsi liqanın siması olmasını istəyir.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a